Bakı metrosunda COVİD-19 ilə bağlı elanı səsləndirən bu məşhur imiş

Bakı metrosunda COVİD-19 ilə bağlı elanı səsləndirən bu məşhur imiş
SOSİAL
12:38 18.06.2020
642

Yeni tipli koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar sərnişinlər arasında virusun yayılmasına diqqəti daha da yaxından cəlb etmək məqsədilə sosial təbliğat kampaniyasını davamlı olaraq gücləndirən və yeniləyən "Bakı Metropoliteni" QSC daha bir neçə silsilə yeniliyini sərnişinlərin diqqətinə təqdim edir.


AZXEBER.COM xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahı cari il may ayının 9-da Bakı metropoliteninin sərnişindaşıma fəaliyyətini 38 günlük fasilədən sonra bir sıra şərtlər daxilində, o cümlədən ictimai nəqliyyat üçün elan edilmiş metodiki göstərişin müvafiq tələblərinə uyğun bərpa edilməsi barədə məlumat yaymışdı.


Həmin tələblərə əsasən, sərnişinlər metropolitendə sosial məsafəni qorumalı və tibbi maska taxaraq hərəkət etməlidirlər. Bu məsələlərə sərnişinlərin diqqətini cəlb etmək üçün fərqli formatlarda təbliğatını qurmuş metropolitendə səsli elanların verilməsinə də xüsusi diqqət ayrılırdı. Buna qədər stansiyalarda əsasən, növbətçilərin və nəzarətçilər, qatarlarda isə maşinistlər, mütəmadi olaraq, sərnişinlərə metodiki göstərişlərin tələblərinə əməl edilməsi ilə bağlı çağırışlar edirdilər.


Artıq qatarlarda müvafiq tövsiyələr məşhur aparıcı, səmərəli fəaliyyətinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi” medalına layiq görülmüş DJ Fateh təxəllüslü Məmmədəli Məmmədovun səsi ilə təqdim edilir.

 

Onu da əlavə edək ki, qatarlarda bu məqsədlə aparıcının 8 fərqli müraciətinin səs yazısı lentə alınıb. Bu fərqliliklərdə əsas məqsəd sərnişinlərin eyni mövzuda səslənmə ilə yormadan monotonluğu aradan qaldıraraq və bununla da metodiki göstərişlərin tələblərinə onların diqqətini daha yaxından cəlb etməkdir.


Tezliklə stansiyalarda da məşhur aparıcının səsi ilə sərnişinlərə müraciətlər yer alacaq. Qatarlardan fərqli olaraq stansiyalardakı müraciətdə "COVID-19"la əlaqədar təkcə Bakı metropolitenində deyil, ümumiyyətlə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, o cümlədən Səhiyyə Nazirliyinin, TƏBİB-in və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri də yer alır.


Qeyd edək ki, bu qəbildən olan sosial aksiyalarını davam etdirən Bakı metropoliteni iyun ayının 1-dən 4-dək Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbəqədər yaşlı uşaqların dili ilə sərnişinlərə səslənmişdi.


Bundan savayı, davamlı olaraq statik məlumatları da yeniləyən Bakı metropoliteni 6 yeni variantda plakat və posterləri təqdim edir. Bu posterlərdə "Bakı Metropoliteni" QSC-nin koronavirus infeksiyası ilə bağlı şüar çağırışları, eləcə də bu xüsusda həyata keçirdiyi tədbirlərin mahiyyəti də yer alır. Bunlar arasında ventilyatorların iş rejimi, əsaslı və cari dezinfeksiya işlərinə də sərnişinlərin diqqəti çəkilir.


"Bakı Metropoliteni" QSC özünün həyata keçirdiyi layihələrlə yanaşı, TƏBİB və "Bakı Media Mərkəzi" ilə əməkdaşlıq şəraitində stansiyalarda "COVID-19"la əlaqədar bir çox sosialyönümlü təbliğat kampaniyaları həyata keçirilir. Stansiya monitorlarında videoçarxlardan, eləcə də statik məlumatlandırma və təbliğat imkanlarından da geniş istifadə edilir. Ötən gün diqqəti daha da yaxından çəkmək üçün metropoliten stansiyalarının sütunlarında da sosial çağırışları əks etdirən tərtibatların yerləşdirilməsinə başlanılıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"