Bakı metrosunda hərəkət bərpa edilib - YENİLƏNİB + VİDEO

Bakı metrosunda hərəkət bərpa edilib - YENİLƏNİB + VİDEO
SOSİAL
16:34 27.02.2020
4245

Bakı metrosunda hərəkət bərpa edilib.

"Bakı Metroploliteni” QSC-dən verilən məlumata görə, saat 17:44-də sözügedən üç stansiyada - "Xalqlar Dostluğu”, "Həzi Aslanov” və "Elmlər Akademiyası” elektrik enrjisinin dayanıqlığı bərpa olunub.

Sərnişinlərin stansiyaya giriş-çıxışına icazə verilib.

Saat 15.48-də Metropolitenə gələn elektrik xətlərində elektrik cərəyanının verilməsində qısamüddətli fasilə yaranıb

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun APA -ya verdiyi xəbərə görə, xətlərin bütün sahələrində gərginlik bərpa olunub. Yalnız "Həzi Aslanov" - "Xalqlar Dostluğu" sahəsində gələn elektirk enerjisinin dayanıqlığı olmadığına görə 3 stansiyanın fəaliyyəti dayandırılıb, sərnişinlər təxliyə olunur.

 

Hazırda tunellərdə qalan qatar yoxdur.


Bakının bir hissəsində işıqların sönməsi nəticəsində Bakı metrosunda da problemlərə səbəb olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə vətəndaşlar BAKU.WS-in "qaynar xətti”nə məlumat veriblər.

Bildirilir ki, bir neçə stansiyada qatarların hərəkəti dayanıb.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, elektrik enerjisinin kəsintisi zamanı ”Koroğlu” metrostansiyasından "Həzi Aslanov”a qədər gərginliyin düşməsi müşahidə olunub.


 

OXŞAR XƏBƏRLƏR