Bakı metrosunda həyəcan - FOTO

Bakı metrosunda həyəcan -  FOTO
11:15 29.03.2013
7962

Hadisə şahidlərinin verdikləri məlumata görə, metronun “20 Yanvar” və “İnşaatçılar” stansiyası istiqamətində hərəkət edən qatar yarım saatdan çox tuneldə qalıb. Qatar tuneldə qalan zaman isə əsl dəhşət sərnişin sıxlığı nəticəsində yaranmış havaszlıqdan yaşanıb. 

Sonradan qatar “İnşaatçılar” stansiyasında platformaya gətirilib və sərnişinlər boşaldılıb. Daha sonra “İnşaatçılar” stansiyasında sərnişin sıxlığı olduğu üçün insanlar stansiyadan çölə çıxarılıb. “20 Yanvar” və “İnşaatçılar” stansiyası istiqamətində isə qatarların hərəkəti dayandırılıb. 

Bakı Metropolitenindən verilən məlumata görə, hadisəyə qatarda yaranmış texniki nasazlıq səbəb olub. Hazırda həmin qatarın xəttdən çıxarılması istiqamətində işlər aparılır. Xoşbəxtlikdən hadisə zamanı sərnişinlərdən xəsarət alan olmayıb. Sadəcə “Dərnəgül” istiqamətinə qatarların hərəkətində ləngimələr var. Lakin həmin istiqamətdə hərəkət tam olaraq dayandırılmayıb. Yaxın saatlarda, nasaz qatarın xəttdən çıxarılaraq depoya aparılmasından sonra qatarların normal hərəkəti təmin olunacaq.//anspress

OXŞAR XƏBƏRLƏR