Bakı metrosunda həyəcan

SOSİAL
11:00 05.05.2016
1826
Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində 10 dəqiqəyə qədər gecikmə olub. Bu barədə sərnişinlər məlumat verib.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, gecikməyə səbəb "Həzi Aslanov" stansiyasından "İçərişəhər" istiqamətində hərəkət edən 4 saylı marşrutda baş verən nasazlıqdır.
"Qatarda nasazlıq aşkarlandığına görə "Qara Qarayev" stansiyasından depoya göndərilib. Daha sonra əlavə qatar xəttə buraxılıb. Bu da müəyyən gecikməyə səbəb ola bilər. Hazırda qatarlar qrafik üzrə hərəkət edir".
/// publika.az

OXŞAR XƏBƏRLƏR