"Gənclik" stansiyasının vestibülündə bir sərnişinin əlindən içində xlor maddəsi olan şüşə balon düşüb.
Bu barədə AZXEBER.COM-a Metropolitenin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, nəticədə maye buxarlanması olub. Dərhal müvafiq tədbirlər görülüb, o cümlədən balonun düşdüyü yer təmizlənib. Sərnişinlərin təhlükəsizliyinə xələl gətirə biləcək hadisə baş verməyib.