Bakı metrosunda maşinistsiz idarə sisteminin tətbiqi üzrə işlərə başlanıldı

Bakı metrosunda maşinistsiz idarə sisteminin tətbiqi üzrə işlərə başlanıldı
SOSİAL
09:56 27.02.2022
294
Bakı metropolitenində qatarların maşinistsiz idarə sistemi və onun təməl bazası olan müasir CBTC sisteminin tətbiqi ilə gələcəkdə reallaşacaq. Hazırda "Nərimanov” elektrik deposunda aparılan işlər mövcud "Qırmızı" və "Yaşıl" xətlər üçün bu istiqamətdə ilk addımlardır və onun başlanğıc sistemlərinin quraşdırılması tamamlanıb.

AZXEBER.COM xəbər verir ki, bunu "Report”a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B. Məmmədov vurğulayıb ki, CBTC sistemi qatarların radiodalğalarla idarəetmə sistemidir: "Qatarların radiodalğalarla idarə edilməsi ən müasir sistemlərdir, bu sistemlərin təməldən tətbiqi Bakı metropolitenin yeni xətlərində nəzərdə tutulacaq.

"Bənövşəyi" xətt ("Avtovağzal"dan "8 Noyabr"a qədər olan 3 stansiya) hazırda bu prinsiplərlə inşa edilir və sistemlərlə funksional təchizatı bunu nəzərdə tutur. Bu sistemin tətbiqində özünəməxsus texniki tələblər var.

Birinci mərhələ üçün orada mikroprosesor sisteminin quraşdırılması nəzərdə tutulmalıdır. Bu istiqamətdə təməldən işlər aparılmalıdır. Bu stansiyalarda mikroprosesor sistemi quraşdırılır, lakin gələcəkdə qatarların radiodalğalarla idarə olunması sistemlərinin quraşdırılması (Communications-based train control – CBTC ) üçün texniki şərait yaradılır".

B. Məmmədovun sözlərinə görə, CBTC sistemlərinin üstünlüyü ondan ibarətdir ki, qatarların hərəkəti daha effektiv və daha təhlükəsiz olur:

"Eyni zamanda intervalların tənzimlənməsi orda daha rahat və təhlükəsiz prinsiplər əsasında tətbiq edilir. Bunun yekun nəticəsində maşinistsiz idarəetmənin tətbiqini nəzərdə tutur. Köhnə xətlərdə bu istiqamətdə "Nərimanov” elektrik deposundan başlayaraq işlər aparılmalıdır.

Hazırda "Nərimanov” elektrik deposunda ilkin işlər tamamlanıb. Onun təməl bazası olan "ox sayğacı” sistemin tətbiqi artıq həyata keçirilir.

Bu sistemin tətbiqi gələcəkdə xətlərimizdə davam etdiriləcək. Amma bu kifayət qədər böyük maliyyə vəsaiti və texniki resurslar tələb etdiyi üçün, həm də hərəkət dayandırılmadan davam edən bir proses olacağından mərhələli şəkildə aparılmalıdır".

O əlavə edib ki, sistemin metronun mövcud xətlərində tətbiqi daha mürəkkəb bir prosesdir, çünki mövcud sistemin əvəzinə tamamilə fərqli quruluşa və iş prinsiplərinə malik yenisi tətbiq edilməlidir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xameneinin oğlu partlayışda xəsarət alıb - KİV
22:58 07.03.2026
Xameneinin oğlu partlayışda xəsarət alıb - KİV
İran dronu Dubaydakı 23 Marina göydələninə çırpılıb
22:52 07.03.2026
İran dronu Dubaydakı 23 Marina göydələninə çırpılıb
Azərbaycan Dövlət Departamentinin İranın dron hücumları ilə bəyanatını yüksək qiymətləndirib
22:36 07.03.2026
Azərbaycan Dövlət Departamentinin İranın dron hücumları ilə bəyanatını yüksək qiymətləndirib
Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib
22:33 07.03.2026
Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib
Türk dövlətləri Azərbaycan və Türkiyəyə güclü dəstəklərini ifadə ediblər
22:22 07.03.2026
Türk dövlətləri Azərbaycan və Türkiyəyə güclü dəstəklərini ifadə ediblər
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - Foto
22:15 07.03.2026
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - Foto
İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub
22:06 07.03.2026
İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
21:52 07.03.2026
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
21:32 07.03.2026
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
21:16 07.03.2026
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
21:13 07.03.2026
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
21:01 07.03.2026
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
20:38 07.03.2026
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
20:27 07.03.2026
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
20:16 07.03.2026
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
19:59 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər