Bakı metrosunda sərnişin huşunu itirdi

Bakı metrosunda sərnişin huşunu itirdi
SOSİAL
09:19 01.08.2022
191
Bakı metrosunda sərnişinin halı pisləşib.

AZXEBER.COM "Oxu.Az"a istinadən xəbər verir ki, hadisə səhər saatlarında metronun "Nizami” stansiyasında qeydə alınıb.

Gənc qız bir anda huşunu itirərək, yerə yıxılıb.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov sorğumuza cavab olaraq bildirib ki, gənc qızın halı pisləşib və metropoliten əməkdaşları ona yardım ediblər:

"Xanım sərnişin üçün təcili tibbi yardım briqadası çağırılıb. Təcili yardım gələnə qədər polislər və metropoliten əməkdaşları sərnişinə ilkin yardım göstəriblər”.
OXŞAR XƏBƏRLƏR