Bakı metropoliteninin vaqonlarından birində texniki nasazlıq yaranıb.
Qatarın qapısında yaranmış nasazlıq nəticəsində qapı tam olaraq açılmır.
Oxucumuzun verdiyi xəbərə görə, qatar stansiyalar boyu hərəkət etsə də texniki nasazlıq uzun müddət aradan qaldırılmayıb. Videodan da görünür ki, sərnişinlər çətinliklə qatara girib-çıxırlar. Bir az artıq çəkisi olan insanlar isə qapıların arasında ilişib qalırlar.
Oxucunun çəkdiyi videonu təqdim edirik.
///moderator.az