Metronun Nizami stansiyasında tüstülənmə səbəbindən fasilə yaranıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlama verib.
Açıqlamada bildirilib:
"Nizami-28 May tunel yolu mənzilində qatar maşinisti tüstülənmə müəyyən edib. Dərhal dispetçer mərkəzinə məlumat verib. Bakı metropolitenin normativ tələblərinə uyğun olaraq, dərhal yüksək gərginlik çıxarılıb. FHN-nin aidiyyatı qurumlarına məlumat verilərək, yanğınsöndürmə qrupu dəvət edilib. Nizami stansiyası sərnişinlərin girişinə bağlanılıb. Tüstülənməyin mənbəyi müəyyən edilib. İşıqlanma kabelində tüstülənmənin qarşısı alınıb. Sərnişinlərlə bağlı hər hansı neqativ hal yaşanmayıb. 25 dəqiqədən sonra qatarların hərəkəti bərpa olunub.
Nizami stansiyası sərnişinlərin girişinə açılıb. Hazırda yaşıl və qırmızı xətt üzrə qatarların hərəkəti qrafik üzrə intervallara uyğun olaraq bərpası istiqamətində tədbirlər görülür”.