Bakı metrosundan istifadə edənlərə xoş xəbər

DÜNYA
12:55 02.04.2013
1057

Gələn il Bakı Metropoliteninə üç heyət yeni vaqon gətiriləcək və onlar “Avtovağzal”, “Əcəmi-2” stansiyalarında istismara veriləcək.

AZXEBER.COM-un verdiyi məlumata görə, bu barədə Bakı Metropoliteninin sədri Tağı Əhmədovun “Respublika” qəzetində dərc olunan məqaləsində qeyd olunub.T.Əhmədov hazırda Rusiyanın “Mıtişşi” zavodundan alınan bir heyətlik 5 vaqonun sınaq müddəti keçdiyini də bildirib.Yeni tikilən stansiyalardan da danışan metropoliten sədri qeyd edib ki, hərbi hospitalın qarşısında yerləşəcək stansiyada hazırda tikinti işləri aparılır:“Oradan isə Heydər Əliyev İdman-Konsert Kompleksinin yaxınlığında inşası üçün yer müəyyənləşdirilmiş stansiyaya doğru yeni tunel qazılacaq”.T.Əhmədov əlavə edib ki, “H.Aslanov” stansiyasından Yeni Günəşliyə çəkilən tunel isə 2016-cı ildə başa çatdırılacaq.Onun sözlərinə görə, hazırda metropolitenin 8 stansiyasında və 2 depoda tikinti işləri aparılır.O qeyd edib ki, ümumiyyətlə 2030-cu ilə qədər Bakıda əlavə olaraq 50 stansiya tikilməsi planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR