"Espacio blanco para toda la nieve" və ya “Bütün yağan qar üçün ağ boşluqlar”.Gənclər və İdman Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində yaşayan gənc azərbaycanlı bəstəkar Türkər Qasımzadənin fortepiano üçün yazılmış bu əsəri tamaşaçılara 12 fevral 2012-ci il tarixində təqdim edilib. Tədbirdə eyni zamanda ABŞ-ın müxtəlif musiqi akademiyalarında təhsil alan gənc bəstəkarların, habelə məzunların yeni əsərlərindən ibarət konsert proqramları auditoriyaya təqdim olunub.
Bakı Musiqi Akademiyasının məzunu olan Türkər Qasımzadə 2011-ci ildə Manhettan Musiqi Akademiyasından magistr dərəcəsi alıb. Hal-hazırda gənc bəstəkar Heydər Əliyev adına Fondun dəstəyi ilə ABŞ-ın musiqi sahəsində ən qabaqcıl təhsil müəssisələrindən biri olan Ohayo ştatında yerləşən Sinsinatti Konservatoriyasında bəstəkarlıq üzrə doktorluq dərəcəsində təhsilini davam etdirir. Bəstəkarın əsərləri ABŞ, İtaliya, İsveçrə, Latviya, Avstraliyada keçirilmıiş müxtəlif müsabiqələrin ən yüksək mükafatlarına layiq görülüb.