Bakı Olimpiya Stadionu Türkiyə bayrağı ilə işıqlandırılıb

Bakı Olimpiya Stadionu Türkiyə bayrağı ilə işıqlandırılıb
SOSİAL
21:45 29.10.2021
309
Türkiyənin Cümhuriyyət Günü münasibətilə Bakı Olimpiya Stadionu (BOS) Türkiyə bayrağı ilə işıqlandırılıb.

AZXEBER.COM xəbər verir ki, şəhərin müxtəlif yerlərindən stadionun üzərində olan Türkiyə bayrağını izləmək mümkün olub.

İşıqlandırma Bakı Olimpiya Stadionu tərəfindən həyata keçirilib.

Qeyd edək ki, oktyabrın 29-u Türkiyə Cümhuriyyətinin yaradıldığı gündür.
OXŞAR XƏBƏRLƏR