"Bakı Payızı" 35 il sonra qayıdır

"Bakı Payızı" 35 il sonra qayıdır
MAQAZİN
11:10 16.10.2023
224
Bu ilin sentyabrında 35 il öncə bir çox sənətçinin tanınmasında rolu olan "Bakı Payızı" istedadlar müsabiqəsinin çəkilişlərinə start verilib.

AZXEBER.COM xəbər verir ki, "Bakı Payızı - 2023"  "Best Cast Talent Agency" & "Golden Arts entertainment", Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin birgə dəstəyi ilə həyata keçəcək. 

Layihədə xalq artistləri Aygün Kazımova, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva ilə yanaşı, müğənni İlqar Xəyal, teleaparıcılar Nərgiz Cəlilova və Leylə Quliyeva da yer alıb.

Qala konsert noyabr ayının 3-də Heydər Əliyev sarayında baş tutacaq.
 
Aysel
OXŞAR XƏBƏRLƏR