Bakı polisi AXCP üzvünün saxlanılması iddiasını təkzib etdi

Bakı polisi AXCP üzvünün saxlanılması iddiasını təkzib etdi
SOSİAL
18:47 11.02.2020
1767
"AXCP-nin Yevlax rayon təşkilatının üzvü Hüseynzadə Nəsib Yusif oğlunun tərəfimizdən saxlanması və 9-cu polis bölməsinə aparılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır”.
 
Bu barədə AZXEBER.COM-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
 
O qeyd edib ki, həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib olunur: "Heç bir dəqiqləşdirmə aparılmadan yayılıb, iddialar dezinformasiyadır”.
OXŞAR XƏBƏRLƏR