Bakı polisindən sosial şəbəkədə yayılan video ilə bağlı - AÇIQLAMA

Bakı polisindən sosial şəbəkədə yayılan video ilə bağlı - AÇIQLAMA
SOSİAL
10:51 07.06.2020
7443
Paytaxtın Xətai rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxs polis əməkdaşlarına müqavimət göstərib. 

Bu barədə Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev AZXEBER.COM-a bildirib ki, iyunun 6-da Xətai RPİ əməkdaşlarına bıçaqla müqavimət göstərən 1989-cu il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin 221.2.1-ci (Xuliqanlıq) maddələri ilə məhkum olunan Emin Dadaşov zərərsizləşdirərək polis bölməsinə gətirilib. 

E.Dadaşovun üzərindən 1 ədəd qatlanan tiyəli bıçaq maddi sübut kimi aşkar olunaraq götürülüb. 

Faktla bağlı toplanmış materiallar əsasında Xətai RPİ-nin İstintaq şöbəsində E.Dadaşov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
 
Hazırda istintaq hərəkətləri davam etdirilir
 

 



OXŞAR XƏBƏRLƏR