Bakı-Qazax yolunda ağır yol qəzası olub.
AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində iki nəfər ölüb, bir nəfər isə xəstəxanaya yerləşdirilib.
Onların şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.