Bakı-Qazax yolunda ağır qəza: Ölən var

Bakı-Qazax yolunda ağır qəza: Ölən var
SOSİAL
10:57 14.07.2017
1003
Ucar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonun Ənvər Məmmədxanlı  kəndindən keçən hissəsində qeydə alınıb. Rayonun Qaracallı kənd sakini, 1993-cü il təvəllüdlü İsayev Razi Zülfüqar oğlunun idarə etdiyi "VAZ-21099" markalı minik maşını ilə "KamAZ" markalı yük maşını toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü R. İsayev hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır
 
///APA
OXŞAR XƏBƏRLƏR