Bakı-Qazax yolunda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Bakı-Qazax yolunda avtomobillər toqquşdu: Xəsarət alanlar var
SOSİAL
23:25 24.04.2023
136

Şəmkir rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report”un məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan 2 minik avtomobilinin toqquşması nəticəsində 1948-ci il təvəllüdlü Vaqif Qəhrəmanov, 1994-cü il təvəllüdlü Validə Məmmədova və daha bir nəfər xəsarət alıb.

Onlar Gəncə şəhərində yerləşən xəstəxanalara yerləşdiriliblər. Zərərçəkənlərdən V.Qəhramanovun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR