Bakı-Qazax yolunda sərnişin avtobusu aşıb, yaralananlar var

Bakı-Qazax yolunda sərnişin avtobusu aşıb, yaralananlar var
SOSİAL
15:10 29.10.2022
203
Bakı-Qazax yolunun 26-cı kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, 164 saylı marşrut xətti üzrə hərəkət edən "İsuzu” markalı sərnişin avtobusunun aşması nəticəsində 8 nəfər xəsarət alıb, ölüm yoxdur.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR