Bakı Qızlar Universitetinin tələbələrinin aqibəti necə olacaq?

Bakı Qızlar Universitetinin tələbələrinin aqibəti necə olacaq?
SOSİAL
18:07 30.07.2026
175
Bakı Qızlar Universitetində təhsil alan tələbələrin təhsilinin fasiləsizliyinin və təhsil hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə ixtisaslarına uyğun köçürülməsi təmin ediləcək.

Bu barədə AZXEBER.COM-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

"Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın 4.37-ci bəndi nəzərə alınaraq, Bakı Qızlar Universitetində təhsil alan tələbələrin təhsilinin fasiləsizliyinin və təhsil hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə ixtisaslarına uyğun köçürülməsi təmin ediləcək", - məlumatda qeyd olunub.
OXŞAR XƏBƏRLƏR