Bakı-Quba yolunda qəza - Hərbçi yaralandı

Bakı-Quba yolunda qəza - Hərbçi yaralandı
SOSİAL
21:46 11.08.2018
4100
Bakı-Quba yolunun H.Z.Tağıyev qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM-un "Qafqazinfo”ya istinadən verdiyi məlumatına görə, Ağsu sakini, 48 yaşlı Müşfiq Alıyevin idarə etdiyi "Hovo" markalı yük avtomobili qarşıda gedən 44 yaşlı hərbçi İsmayıl İdrisovun idarə etdiyi BMW-yə arxadan çırpılıb.
Nəticədə  "BMW”nin sürücüsü  yaralanıb. O, Sumqayıt şəhər təcili yardım xəstəxanasına çatdırılıb. Onun yaxın saatlarda Müdafiə Nazirliyinin hospitalına aparılacağı bildirilir.
Bu barədə  Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin  müstəntiqi Şöhrət İmanov məlumat verib.
Faktla bağlı araşdırmaya başlanılıb.

OXŞAR XƏBƏRLƏR