Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunda qəza olub.
AZXEBER.COM "APA"ya istinadən xəbər verir ki, hadisə Xızı rayonu ərazisində baş verib.
99-YE-159 qeydiyyat nişanlı yük avtomobili idarəetməni itirərək beton maneəyə çırpılıb, daha sonra radarı aşırıb. Hadisə nəticəsində 1 nəfər xəsarət alıb, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Qısa müddətdə Bakı-Quba yolu bağlanıb, sonradan nəqliyyatın hərəkəti bərpa olunub.
Faktla bağlı araşdırma aparılır.