'Bakı' 'Real Madrid'in sabiq futbolçusunu transfer edib

İDMAN
16:05 31.07.2013
2727
“Bakı” yeni mövsüm ərəfəsində daha bir futbolçunun transferini həll edib. Apasport.az saytının məlumatına görə, paytaxtın eyniadlı təmsilçisi ispaniyalı Ruben Qonzalesi heyətinə qatıb.Bunadək onun həmyerlisi Mario Alvareslə anlaşan “zolaqlılar” müdafiənin mərkəzinə ikinci ispaniyalını gətirməklə bu mövqedə cütlük yaradıb.Madrid “Real”ının yetirməsi olan 31 yaşlı müdafiəçi 2006-cı ilədək “Kral klubu”nda çıxış edib. 2001/02 mövsümündə Çempionlar Liqası, növbəti il İspaniya çempionluğunu yaşayan Ruben “Real”a məxsus olduğu vaxt “Albasete” və Mönhenqladbax “Borussiya”sında icarədə də olub.2006-cı ildə Madridi tərk edəndən sonra isə müdafiəçi “Selta”, “Malyorka”, “Rasinq”də oynayıb. Son 2 ildə isə Ruben “Osasuna”nın şərəfini qoruyub.
OXŞAR XƏBƏRLƏR