Bakı şahmat üzrə dünya çempionatının finalına çıxdı

İDMAN
08:40 28.12.2012
1148

Əl-Aynada şəhərlər arasında şahmat üzrə dünya çempionatının yarımfinalı keçirilib.AZXEBER.COM-un məlumatına görə, Novi Sad (Serbiya), Bakı (Azərbaycan), Daşkənd (Özbəkistan) və Hovaqen (Niderland) finala vəsiqə qazanıblar.Artıq məlumdur ki, Bakı 3,5:0,5 hesabı ilə qalib gələrək finala çıxıb.Eltac Səfərli ilk lövhədə qara fiqurlarla İvan İvaniseviçi məğlub edib. İkinci lövhədə Qədir Hüseynov ağ fiqurlarla Robert Markusu məğlub edib. Rauf Məmmədov qara fiqurlarla Miloş Perunoviçlə heç-heçə edib. Dördüncü lövhədə Vasif Durarbəyli ağ fiqurlarla oynayan Nikol Sedlakı məğlub edib.Sabah finalda bakılılar Hollandiyanın Hoqaven şəhərinin təmsiloçiləri ilə qarşılaşacaq. matç saat 14:00-da başlayacaq.

OXŞAR XƏBƏRLƏR