Bakı sakini bibisi oğlunu bıçaqladı

Bakı sakini bibisi oğlunu bıçaqladı
SOSİAL
14:35 26.03.2023
170
Bakıda qohumlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda baş verib.

1971-ci il təvəllüdlü Hacıyev Yalçın Yaşar oğlu rayonun Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi 65 ünvanında bibisi oğlu, 1966-cı il təvəllüdlü Yaqubov Elşən Kamil oğlu ilə aralarında yaranmış mübahisə zamanı evin mətbəxindən götürdüyü bıçaqla sonuncuya qarın və kürək nahiyyəsindən bıçaqlayıb.
Faktla bağlı Suraxanı RPİ-də CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanmış və Hacıyev Yalçın Yaşar oğlu şübhəli şəxs qismində tutulub.
OXŞAR XƏBƏRLƏR