Bakıda intihara cəhdin qarşısı alınıb.
Fövqəladə Hallar Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, Suraxanı rayonu ərazisində bir nəfər intihar məqsədilə özünü dənizə atmaq istəyib.
Dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaş sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.