Bakı sakinindən 2 kq-a yaxın heroin götürülüb

Bakı sakinindən 2 kq-a yaxın heroin götürülüb
SOSİAL
17:52 05.09.2019
7047
Paytaxt sakinindən 2 kq-a yaxın heroin götürülüb.

Daxili İşlər Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Ş.Əliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1,8 kiloqramdan artıq çəkidə heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR