Bakı-Şamaxı yolunda dəhşətli qəza - 5 nəfər öldü

SOSİAL
10:16 26.05.2020
2218
Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM-un APA-ya istinadən məlumatına görə, hadisə Müşfiqabad qəsəbəsi ərasində qeydə alınıb. Belə ki, "Saipa" və "Opel" markalı avtomobillər toqquşub. Nəticədə 5 nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.

Xəsarət alanlar 1984-cü il təvəllüdlü Əliyev Ramil Gülhəsən oğlu və 1991-ci il təvəllüdlü Musazadə Azər Mürvət oğludur.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, ölənlər "Saipa"nın sürücüsü və sərnişinləri olub.

OXŞAR XƏBƏRLƏR