Bakı səhəri qəza ilə açdı

SOSİAL
10:06 20.05.2016
2852

Bu gün səhər saatlarında paytaxtın Rəşid Behbudov küçəsi ilə Füzuli küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, hadisə zamanı 90 OR 033 dövlət nömrə nişanlı “BMV” markalı avtomobillə 90 SL 293 nömrəli “Nissan” markalı minik maşını toqquşub.Hadisə zamanı “BMV” yoldan çıxaraq Mərkəzi Bankın qarşısındakı yeraltı keçidə çırpılıb.Qəza sürücülər arasında mübahisəyə də səbəb olub. Avtomobildə olan sərnişinlər isə yüngül xəsarət alıblar.Qəzadan dərhal sonra hadisə yerinə polis əməkdaşları gəliblər, hazırda araşdırma aparılır.

///Azvision.az

OXŞAR XƏBƏRLƏR