Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni təyinatlar

Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni təyinatlar
SOSİAL
16:54 18.04.2025
522
Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni təyinatlar həyata keçirilib.

AZXEBER.COM xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova bununla bağlı Əmr imzalayıb.

Əmrə əsasən, Zinyət Əmirova BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri, Kənan Hüseynov isə Təminat, təchizat və təsərrüfat sektorunun müdiri vəzifəsinə təyin edilib.

Bu təyinata qədər Z.Əmirova Dövlət İmtahan Mərkəzində, K. Hüseynov isə MÜTDA-da çalışıb.
OXŞAR XƏBƏRLƏR