Bakı şəhərini bürüyən qatı tüstünün səbəbi - FOTO

Bakı şəhərini bürüyən qatı tüstünün səbəbi - FOTO
SOSİAL
18:49 03.06.2018
6526

Bakıda ətrafa qatı tüstü yayılıb. Sosial şəbəkələrdə insanlar tüstünün fotosunu paylaşaraq Bakıda güclü yanğın olduğunu bildiriblər.

Azxeber.com xəbər verir ki, yayılan tüstünün səbəbi "Baksol" yolun yaxınlığında köhnə Beton zavodunun ərazisinə yığılan avtomobil şinlərinin yanmasıdır. Ərazidə bir neçə dəqiqə əvvəl başlayan yanğın getdikcə şiddətlənib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğın söndürən maşınları cəlb olunub. Yanğının baş vermə səbəbləri hələ ki, bəlli deyil.

OXŞAR XƏBƏRLƏR