Magsitral kəmərdə qəza: Bakının bəzi rayonlarında su olmayacaq

Magsitral kəmərdə qəza: Bakının bəzi rayonlarında su olmayacaq
SOSİAL
11:23 14.07.2021
454
Bu gün Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə, eləcə də Şirvan və Hacıqabul şəhərlərinə, Hacıqabul rayonunun magistral kəmərdən qidalanan kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə AZXEBER.COM-a "Azərsu” ASC-dən məlumat verilib.

Məlumata görə, fasilə Kür-Bakı magistral su kəmərində baş vermiş qəza ilə əlaqədardır.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.
OXŞAR XƏBƏRLƏR