Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalarının ödənişinə başlandı

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalarının ödənişinə başlandı
SOSİAL
13:22 12.01.2021
338

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə yanvar ayının pensiyalarının ödənişinə başlanıb.

Nazirlikdən AZXEBER.COM-a verilən məlumata görə, bu üç şəhər və rayon üzrə bütün pensiya vəsaitlərinin pensiyaçıların hesablarına köçürülməsi prosesi bu gün ərzində tam yekunlaşacaq.

Vətəndaşlar pensiyalarını onlara verilmiş bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

OXŞAR XƏBƏRLƏR