Bakı-Sumqayıt yolunda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Magistralın 21-ci kilometrliyində avtobus dayanacağının yaxınlığında "Ford" və "Mitsubishi" markalı iki avtobus toqquşub. Nəticədə avtobusların arasında qalan 49 yaşlı qadın aldığı xəsarətdən vəfat edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
///lent.az