Bakı-Sumqayıt yolunda böyük tıxac yarandı

Bakı-Sumqayıt yolunda böyük tıxac yarandı
Bütün Xəbərlər
10:39 07.02.2012
1462

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.Hadisə yerində olan şahidlərin Trend-ə verdiyi məlumata görə, yolun hərəkət hissəsi buz bağladığından magistralın Xırdalan şəhəri yaxınlığındakı hissəsindən avtomobillərin hərəkətində problem yaranıb.

Şahidlərin məlumatına görə, yola qum, duz səpilməyib və ərazidə yol post patrul xidmətinin əməkdaşları gözə dəymir.Xatırladaq ki, hidrometereoloqlar bu gün axşam saatlarında ölkədə havanın təmperaturunun kəskin aşağı düşəcəyi, qar yağacağı, covğun olacağı və yolların buz bağlayacağı barədə xəbərdarlıq edib.

OXŞAR XƏBƏRLƏR