Bakı-Sumqayıt yolunda dəhşətli qəza - Ölən və yaralananlar var

Bakı-Sumqayıt yolunda dəhşətli qəza - Ölən və yaralananlar var
SOSİAL
13:12 23.09.2026
140
Baş Dövlət Yol Polisi İdarəsi Bakı–Quba yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

İdarədən AZXEBER.COM-a verilən məlumata görə, bu gün saat 12:05 radələrində Bakı–Quba avtomobil yolunun 13,5-ci kilometrliyində 01-CN-479 dövlət qeydiyyat nişanlı "Scania” markalı yük avtomobili ayırıcı sədlə toqquşduqdan sonra qarşı hərəkət zolağına çıxaraq 99-PK-293 dövlət qeydiyyat nişanlı "Ravon” markalı minik avtomobilinin üzərinə aşıb.

İlkin məlumata görə, hadisə nəticəsində minik avtomobilində olan bir nəfər hadisə yerində həyatını itirib, digər şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

"Baş Dövlət Yol Polisi İdarəsi dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi yük avtomobili sürücülərinin sürət həddinə, ara məsafəsinə, ötmə və manevretmə qaydalarına məhəl qoymamasını, eləcə də yol və hava şəraitini düzgün qiymətləndirmədən hərəkəti davam etdirməsini yolverilməz hesab edir. Ağırtonnajlı nəqliyyat vasitəsinin sükanı arxasında yol verilən məsuliyyətsizlik adi qayda pozuntusu deyil — digər insanların həyatını birbaşa təhlükə altına atan son dərəcə təhlükəli davranışdır. Bir sürücünün səhlənkarlığının günahsız insanların ölümü və ağır xəsarət alması ilə nəticələnməsi heç bir halda qəbul edilə bilməz.

Bir daha qəti şəkildə bildiririk ki, yolları təhlükə mənbəyinə çevirən, digər hərəkət iştirakçılarının həyatına açıq təhdid yaradan yük avtomobili sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər daha da sərtləşdiriləcək. Kobud qayda pozuntularına yol verən, insanların həyat və sağlamlığını təhlükəyə atan şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun ən ciddi və təsirli tədbirlər görüləcək", məlumatda deyilir.
 
13.10
 
Bu gün Bakı-Sumqayıt yolunun Abşeron rayonundan keçən hissəsində ağır yol qəzası baş verib.

"Masazır dairəsi” adlanan yol qovşağının üzərindəki körpüdə minik avtomobili ilə yük maşını toqquşub.

Zərbənin təsirindən avtomobillər metal arakəsmələrə çırpılaraq aşıb.

Ölən və yaralananlar barədə məlumat yoxdur.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyin məlumatına görə, "112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində iritutumlu yük avtomobili və minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib.

Xilasedicilər tərəfindən minik avtomobilində sıxılı vəziyyətdə qalmış 1 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.

Həmçinin, avtoqəza nəticəsində ətrafa dağılmış yanacaq yanğınsöndürənlər tərəfindən yuyularaq ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI
13:50 23.09.2026
Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI
Hacıbəy Heydərli: “Süni intellekt medianın gələcəyini dəyişdirən mühüm vasitədir”
13:36 23.09.2026
Hacıbəy Heydərli: “Süni intellekt medianın gələcəyini dəyişdirən mühüm vasitədir”
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
13:27 23.09.2026
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Bakı-Sumqayıt yolunda dəhşətli qəza - Ölən və yaralananlar var
13:12 23.09.2026
Bakı-Sumqayıt yolunda dəhşətli qəza - Ölən və yaralananlar var
İndoneziyada gəmi faciəsi: Ölənlərin sayı artdı
13:11 23.09.2026
İndoneziyada gəmi faciəsi: Ölənlərin sayı artdı
Bakıda skuterdən yıxılan 42 yaşlı kişi öldü
12:45 23.09.2026
Bakıda skuterdən yıxılan 42 yaşlı kişi öldü
“Mən səndən yaxşı geyinmişəm” – Məktəblərdəki geyim fərqinin TƏSİRLƏRİ
12:39 23.09.2026
“Mən səndən yaxşı geyinmişəm” – Məktəblərdəki geyim fərqinin TƏSİRLƏRİ
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
12:39 23.09.2026
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
Sabahın havası ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, şimşək çaxacaq
12:36 23.09.2026
Sabahın havası ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, şimşək çaxacaq
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı
12:33 23.09.2026
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı
“Dindarlarla qeyri-dindarlar arasında qarşıdurma yaratmağa çalışırlar”
12:32 23.09.2026
“Dindarlarla qeyri-dindarlar arasında qarşıdurma yaratmağa çalışırlar”
“Mediatrends”dən yenilik: Süni intellekt sorğunu özü təhlil edəcək
12:29 23.09.2026
“Mediatrends”dən yenilik: Süni intellekt sorğunu özü təhlil edəcək
Osman Gündüz: “Mediatrends” artıq 52 ölkəni əhatə edir
12:22 23.09.2026
Osman Gündüz: “Mediatrends” artıq 52 ölkəni əhatə edir
“Pullu da olsa, pulsuz da olsa...” – Metro qərarına EKSPERT RƏYİ
12:20 23.09.2026
“Pullu da olsa, pulsuz da olsa...” – Metro qərarına EKSPERT RƏYİ
“Qatarda seyrəklik olsa...” – Etibar Əliyev
12:16 23.09.2026
“Qatarda seyrəklik olsa...” – Etibar Əliyev
“Avtovağzal” və “Xocəsən” stansiyalarında giriş niyə pulsuz edildi?
11:59 23.09.2026
“Avtovağzal” və “Xocəsən” stansiyalarında giriş niyə pulsuz edildi?