Bakı-Sumqayıt yolunda hərəkətin təşkilində DƏYİŞİKLİK - VİDEO

Bakı-Sumqayıt yolunda hərəkətin təşkilində DƏYİŞİKLİK - VİDEO
SOSİAL
23:25 28.09.2026
141
Bakı-Sumqayıt yolunda hərəkətin təşkilində dəyişiklik edilib.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, Sumqayıt yolu ilə hərəkət edən minik avtomobullərinin metronun "Avtovağzal" stansiyasının qarşısına girişi qadağan olunub.

Əvvəllər burada sağa dönən minik avtomobilləri düzünə hərəkət edə bilirdisə, indi bu istiqamət onlar üçün bağlıdır. Yeni qaydaya əsasən, həmin hissədən yalnız avtobusların keçidinə icazə verilir.

Dəyişiklik xüsusilə Bakı-Sumqayıt yolundan gələn ictimai nəqliyyatın metrostansiyanın qarşısına girişini asanlaşdırmaq məqsədi daşıyır.

İnzibati xətalar məcəlləsinin 327.2-ci maddəsinə əsasən, yol nişanlarının tələblərinə riayət etməyən sürücülər 100 manat məbləğində cərimə oluna və onların sürücülük vəsiqəsinə 3 bal yazıla bilər.

OXŞAR XƏBƏRLƏR