“Azərbaycan Hava Yolları” QSC Bakı-Tiflis/Tiflis-Bakı istiqamətində xüsusi tariflər tətbiq edib.AZXEBER.COM-un aviaşirkətə istinadən verdiyi xəbərə görə, 12 fevral tarixindən başlayaraq “Azərbaycan Hava Yolları”nda Bakı-Tbilisi-Bakı (Tbilisi-Bakı-Tbilisi) istiqamətində ekonom sinifli tarif cəmi 120 Avro təşkil edir.Qeyd edək ki, “Azərbaycan Hava Yolları” qeyd olunan hava xəttində yalnız müasir Aerobus A-319, A-320 tipli hava gəmilərini istismar edir.Qiymətə yığım və rüsumlar daxil deyil. Aviaşirkət qeyd olunan sinif ilə aviabiletlərin sayını məhdudlaşdırmaq hüququnu özündə saxlayır.