Bakıdan Tblisiyə qatar ilə gedənlərə xoş xəbər - Artırıldı

Bakıdan Tblisiyə qatar ilə gedənlərə xoş xəbər - Artırıldı
SOSİAL
10:51 10.06.2026
271
ADY yüksək sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı-Tbilisi-Bakı qatarı ilə sərnişindaşıma imkanlarını genişləndirir.

Bu barədə AZXEBER.COM-a səhmdar cəmiyyətindən bildirilib.

Tətil və məzuniyyətlər dövrü olan yay mövsümündə qatarla səyahətə tələbatın daha da artması ilə 11 iyundan etibarən Bakıdan və 12 iyundan Tbilisidən hərəkət edən qatarlara əlavə vaqon qoşularaq daha çox sərnişinin daşınması təmin ediləcək.

Biletləri dəmiryol kassaları, ADY-nin rəsmi saytı və "ADY Mobile" tətbiqindən əldə edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR