Bakı-Tbilisi sərnişin qatarı əlamətdar gündə bərpa olunacaq?

Bakı-Tbilisi sərnişin qatarı əlamətdar gündə bərpa olunacaq?
SOSİAL
21:33 30.04.2025
204
Bakı-Tbilisi sərnişin qatarı mayın sonunda bərpa oluna bilər.

AZXEBER.COM xəbər verir ki, bu haqda Gürcüstan KİV məlumat yayıb.

Qeyd edilib ki, hələ dəqiq tarix müəyyən edilməyib, tərəflər arasında bu istiqamətdə danışıqlar davam etdirilir.

Məlumata görə, ilk qatarın 26 may - Gürcüstanın Müstəqillik Günü və 28 may - Azərbaycanın Respublika Günü münasibətilə yola salınması barədə razılıq əldə edilib.

Xatırladaq ki, Azərbaycanda xüsusi karantin rejimi iyulun 1-i saat 06:00-dək uzadılıb.
OXŞAR XƏBƏRLƏR