“Bakı tərəfindən qaytarılan hərbçilərin əlavə tibbi müayinəyə ehtiyacı yoxdur”

“Bakı tərəfindən qaytarılan hərbçilərin əlavə tibbi müayinəyə ehtiyacı yoxdur”
DÜNYA
14:17 14.12.2023
193
"Azərbaycanla qarşılıqlı mübadilə yolu ilə Ermənistana qayıdan erməni hərbi qulluqçuların mülki tibb mərkəzlərində müalicəsinə və əlavə müayinəyə ehtiyac yoxdur”.
 
AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin rəhbəri Anahit Avanesyan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərlə söhbətində bildirib.

"Bütün ehtiyaclar qiymətləndirilib, "Muratsan” hərbi hospitalında bütün lazımi tədqiqatlar aparılıb”, - deyə Avanesyan bildirib.
Xatırladaq ki, dekabrın 13-də Ermənistan-Azərbaycan sərhədində saxlanılan hərbçilərin mübadiləsi baş verib.
OXŞAR XƏBƏRLƏR