Bakı universitetlərində bakalavrların sayı azaldılacaq

Bakı universitetlərində bakalavrların sayı azaldılacaq
SOSİAL
21:05 22.06.2026
307
Bakı şəhəri üzrə ali təhsil müəssisələrində təhsil alan tələbələrin sayının artması şəhərdə nəqliyyat sıxlığına və infrastruktur yükünə səbəb olur. Bu yükün tənzimlənməsi üçün tələbə qəbulu planının və tələbə sayının mərhələli şəkildə azaldılması, həmçinin region universitetlərinin inkişaf etdirilməsi strategiyası həyata keçirilir. 

AZXEBER.COM xəbər verir ki, təhsil ekpserti Elşən Qafarov yaxın illərdə universitetlərdə bakalavriat səviyyəsi üzrə tələbə sayının azaldılacağını, daha çox elmi kadr hazırlanması istiqamətində işlər görüləcəyini bildirib. 

"Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Neft Sənayesi Universiteti, və Azərbaycan Texniki Universiteti Bakı şəhərində yerləşməklə yanaşı, ən cox tələbəsi olan ali məktəblərdəndir. Yaxın illərdə həmin universitetlərdə yüksək istisaslı( bakalavriat səviyyəsi) üzrə kadr hazırlığında say azaldılaraq, daha çox elmi-pedaqoji(magistratura səviyyəsi) və elmi kadr(doktrantura səviyyəsi) hazırlığı üzrə təhsilanların say nisbəti artacağı gğzlənilir. Artıq Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetlərində tələbə sayı 10 000+ olub və bu tendensiya hər il artmaqdadır", - deyə təhsil eksperti bildirib.
OXŞAR XƏBƏRLƏR