Bakı Uşaq Teatrının kollektivi Türkiyədə keçiriləcək festivalda iştirak edəcək
MƏDƏNİYYƏT
04:19 13.02.2012
2534
Bu ilin mayında Türkiyənin Sinop şəhərində teatr festivalı keçiriləcəkdir.Festivala Bakı Uşaq Teatrının kollektivi də dəvət olunmuşdur.Teatrın direktoru İntiqam Soltan AzərTAc-a bildirmişdir ki, yaradıcı kollektiv sənət yarışmasında “Heykəl” tamaşası ilə çıxış edəcəkdir. İtalyan həyatından bəhs edən komediyanın müəllifi və tamaşanın rejissoru İlhamə Əhmədovadır.Bununla yanaşı, festivalda teatrın türk yazarı Səma Devirin əsəri əsasında hazırladığı tamaşa da təqdim olunacaqdır.