Bakı vağzalında itən uşaqla bağlı YENİ XƏBƏR

SOSİAL
21:19 26.07.2019
3145
Bakı Dəmiryol Vağzalında itən və Sumqayıta getdiyi ehtimal olunan uşaqla bağlı yeni məlumat var.

AZXEBER.COM xəbər verir ki, Sumqayıt sərnişin stansiyasından Oxu.Az-a uşaq qatara minmədiyi bildirilib
Güman olunur ki, o, Bakıda itib.

***19:58***

Bakı Dəmiryolu Vağzalında uşaq itib.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, bu barədə uşağın valideynləri ərazidə olan polisə məlumat veriblər.

Adı Nazim olan 12-13 yaşlı uşağın valideynləri övladının saat 19:10-da Bakı Dəmiryolu Vağzalından Sumqayıta çıxan qatarda olduğunu ehtimal edirlər.

Qatarda olan növbətçi polis maşinistlə əlaqə saxlayaraq bu barədə məlumat verib. Amma hələlik uşağı tapmaq mümkün olmayıb. 

OXŞAR XƏBƏRLƏR