Bakı yaxınlığında faciə: təmir edilən yolda 2 nəfər öldü

Bakı yaxınlığında faciə: təmir edilən yolda 2 nəfər öldü
SOSİAL
12:08 02.08.2017
746
Bakı-Şamaxı yolunun Nübar qəsəbəsindən keçən hissəsində baş vermiş ağır yol qəzaları ilə bağlı məlumat yayılıb.
 
AZXEBER.COM Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 2-də saat 1.00 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində Saatlı rayon sakini Ellər Fərəcov idarə etdiyi "QAZ-33021” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub. Həmin şəxs xəstəxanaya aparılarkən yolda ölüb.
 
Bundan başqa avqustun 1-də saat 21 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində Bakı şəhər sakini Tural Quliyev idarə etdiyi "Opel” markalı avtomobillə yolu keçən Quba rayon sakini Yaqub Laçınovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
 
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR