Bakı Yay Olimpiya Oyunlarına ev sahibi olacaq?- RƏSMİ AÇIQLAMA

Bakı Yay Olimpiya Oyunlarına ev sahibi olacaq?- RƏSMİ AÇIQLAMA
SİYASƏT
03:59 09.07.2015
3479
“Azərbaycanın 2024-cü il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün müraciət etməsi ilə bağlı məlumatlar yanlışdır".

AZXEBER.COM xəbər verir ki, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ans press-ə açıqlamasında belə deyib.

Onun sözlərinə görə, Azərbaycan 2024-cü il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini hələki irəli sürməyib. Ola bilsin ki, cənab prezident sentyabr ayına qədər buna qərar versin. "Amma hələki bununla bağlı ölkəmiz tərəfindən Beynəlxalq Olimpiya Komitəsi müraciət edilməyib”.

Qeyd edək ki, artıq bəzi mənbələr bu mötəbər tədbirin ölkəmizdə keçiriləcəyini yazır. Hətta Vikipediyanın Azərbaycan dili versiyasında Bakının adı 2024-ci il Yay Olimpiya Oyunlarını keçirməyə iddialı şəhərlərin siyahıda yer alıb.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Bakının 2024-cü il Yay Olimpiya Oyunlarına ev sahibliyi etməsi üçün müraciətlə bağlı son qərarın dövlət başçısı tərəfindən veriləcəyini bildirmişdi.

Macarıstan Milli Olimpiya Komitəsi Budapeşt şəhərinin 2024-cü il Yay Olimpiya Oyunlarına keçirmək üçün namizədliyini irəli sürüb. Bundan öncə Oyunlara ev sahibliyi etmək üçün İtaliyanın Roma, Almaniyanın Hamburq, ABŞ-in Boston və Fransanın Paris şəhərləri namizədliklərini irəli sürüb.

2024-cü il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün namizəd ölkələrin ərizələrinin rəsmi qəbulu yanvarın 15-dən başlayıb və son tarix 2015-ci il sentyabrın 15-dir. Beynəlxalq Olimpiya Komitəsi 2017-ci ildə Limada təşkilatın 130-cu sessiyasında Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhəri elan edəcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
4 BÜRCƏ pul yağışı - Həftə sonu gözlənilməz qazanc fürsətləri
12:57 24.05.2025
4 BÜRCƏ pul yağışı - Həftə sonu gözlənilməz qazanc fürsətləri
Afrika Fransanın müstəmləkə mirasını şəhər xəritələrindən silir
12:43 24.05.2025
Afrika Fransanın müstəmləkə mirasını şəhər xəritələrindən silir
Azərbaycan millisinin baş məşqçisi: "Səviyyə baxımından biz İngiltərədən daha yaxşıyıq"
12:33 24.05.2025
Azərbaycan millisinin baş məşqçisi: "Səviyyə baxımından biz İngiltərədən daha yaxşıyıq"
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət etdi
12:19 24.05.2025
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət etdi
Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanıldı
11:59 24.05.2025
Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanıldı
Bəzi rayonlarda leysan yağır - FAKTİKİ HAVA
11:44 24.05.2025
Bəzi rayonlarda leysan yağır - FAKTİKİ HAVA
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlandı
11:35 24.05.2025
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlandı
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq
11:16 24.05.2025
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
11:04 24.05.2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
10:51 24.05.2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
10:34 24.05.2025
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
10:26 24.05.2025
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
10:10 24.05.2025
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
09:53 24.05.2025
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
23:48 23.05.2025
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
23:31 23.05.2025
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir