Cəsədəm!!!
Yəqin “Çirkin ördək balası” hekayəsini hamınız oxumusunuz. Əgər oxumamısınızsa oxuyanlar oxumayanlara danışar. Mən də özümü bu hekayənin qəhrəmanı hesab edirəm hər gün. Amma məndə 1 balaca fərqlidi. Hekayədə çirkin yavru sonda gözəl bir qu quşuna çevrilir məndə isə əksinə hər gün səhər qu quşu kimi işə getmək üçün evdən çıxır bir az keçmir ki, çirkin ördək balasına çevrilirəm. Səhər dururam əhvalım pis olsa da günə xoş başlamaq qərarındayam. Anam deyinir ki,camaatın balası qaz vuru qazan doldurur sən ancaq gic-gic işlərlə məşğulsan. Öz-özümə deyirəm ki,əsəbiləşən deyiləm.Hər gün 1 tikə pendir çörək yeyirdimsə, bu gün iki tikə yeyirəm ki,anam üzülməsin. Düşünürəm ki, birdən deyər bu gün səhər deyindim uşaq az yedi. Elə sağollaşıb küçəyə çıxıram ki, kimsə tüpürüb düz divara.Bunu yerə tüpürsən xəncəlinin qaşı tökülər? Yox mən artıq əminəm ki, Bakı yerə tüpürən kişilər şəhəri deyil artıq Bakı həm də divara,maşının şüşəsinə tüpürən kişilər şəhəridir. Yenə deyirəm ki,əsəbiləşən deyiləm. Gəlirəm dayanacağa avtobus gecikir sərnişin çox və boş avtobus gəlmir.İndi orda bir hay-həşir qopur ki gəl görəsən. Söyən kim,dalaşan kim,üst-başını yırtan kim. Birtəhər minirəm avtobusa sürücü bu səfər də gah sağdan tüpürür,gah soldan tüpürür. Yarışa-yarışa,söyüşə-söyüşə,sevişə-sevişə gəlib çıxırıq mənzil başına. Artıq avtobusdan düşüb metroya minəndə mən bir çirkin ördək balasısyam. Başlayıram hamıyla dalaşmağa,hamını söyməyə və s.
Amma o gün mən Nigarı görə bilmədim. Heç vaxt görmədim Nigarı. Görə bilmədim. Və o gündən sonra məni canlı şəkildə görən olmadı. Məni doğmalarımdan son görən insan Bəhruz,tanımadıqlarımdan son görən insan qoca balıqçı olmuşdu. Səhər ala qaranlıqda sahilə çatdıq. Yaxtdan iki qoca kişi düşdü yaşları 70 olardı. Hər ikisi ağızlarının siyunu axıda-axıda bakirə qız istəyirdilər. Mən kənarda dayanmışdım. Qara maşın gəlib bu kaftarları sabahın alaqaranlığında itirdi. Və mən işimin sona çatdığını hiss etmişdim. Balıqçıya zəng gəldi və mənə gözü ilə işarə elədi ki,keç qayığa. Keçdim və sakitcə qayığı dənizin ortasına doğru sürdü. Sənin kimi insanlara nifrət edirəm dedi mənə. Öldürəcəm səni. Bilirdim ki, zarafat etmir və mənim bura gəlməyim ağılsızlıq idi. Dediyi kimi də etdi,əvvəldə boynuma avarla vurdu. Özümü itirməsəm də gözüm qaralırdı sonra əlindəki tros iplə məni arxadan boğmağa başladı. Ölüm deyilən şeyi artıq hiss edirdim. Bütün bədənim qıc olurdu,nəfəsim çatmırdı,gözlər bərələ qalmışdı,dilim ağzımda şışırdı sanki. Bütün vücüdümda bir ağırlıq vardı. Durmadan ayaqlarımı müqavimət göstərmədən qayığın döşəməsinə sürtürdüm. Tros ip artıq boğazımın dərisinı tamam sürtüb 1 qat dəridən çıxarmışdı. Ölümün arğısı elə bürüyürdü ki, canımı boğazımın ağrısını demək olar ki, hiss etmirdim. Qulaqlarım artıq batmışdı ancaq məni öldürənin təngimiş nəfəsini və dənizin xəfif dalğalarının səsini eşidirdim. Daha doğrusu sırayla eşidirdim. Bir dalğa,bir nəfəs. Əzab çəkirdim, amma canımı tapşıra bilmirdim. Mən xırıldadıqca qatil məni daha da möhkəm sıxırdı. 3-4 dəqiqədən sonra sanki ağciyərimdən yumruq boyda bir hava ayrıldı və boğazıma düyünləndi. Artıq bədənim əsmirdi. Balıqçı ipi boşaldan kimi o yumruq həcmindəki hava yarım aralı qalmış ağzımdan selikli dilimə sürtülərək çıxdı. Deyilənə görə ana bətnindən azad olarkən aldığın havanı ölərkən verirsən. Başım çox bərk şəkildə qayığın döşəməsinə çırpıldı. Artıq heç nə hiss etmirdim. Balıqçı matorun yanından bir balta çıxardı başımı nədənsə 2-3 zərbədən sonra əzdi və demək olar ki,.beynimin çox az bir hissəsəi çölə dağılmışdı. Məni qucağına almadan öncə şortikimin ciblərini yoxladı siqaretimi,telefonumu və arxa cimibdəki kağızı götürdü baxdı sonradan bə düşündüsə üçünü də təzədən yerinə qoydu. Sonra məni qayığın avarına bərk-bərk sarıdı və məni dənizin dibinə göndərdi.1 həftədir ki,hamı hər yerdə məni axtarır amma mən ölü şəkildə bir qayığın avarına möhkəm sarınmış dənizin dibindəyəm. Beynimdən axan qan artıq çox açıq qızmızı rəng alıb. Balıqlar qafa tasımın sınıq sümüyündən axan beynimin bir hissəsini demək olar ki yeyiblər. Mən dənizin dibində artıq şişmişəm sadəcə avara bağlı olduğumdan suyun üzünə qalxa bilirəm. Və çərasiz şəkildə tapılacağım günü gözləyirəm. O biri dünya ruhların birləşdiyi və hamıya tam hüquq verildiyi yerdi. Allahsız insanların sözünün əksi olaraq deyə bilərəm ki, bura var və hamıya tam hüquq verilir.Əgər elə olmasaydı burdan sizə səslənə bilməzdim. Amma hamısını deyə bilmərəm, gəlib özünüz görərsiniz.
Hələ də evdə sağ olduğuma inanırlar. Bütün polis məni axtarır. Artıq Bəhruz məsuliyyətə cəlb olunub mənimlə sonuncu dəfə telefonla danışdığına görə. O da hər şeyi etiraf edib hətta gecə mindiyim taksinin nömrəsini də. Taksist məni gətirdiyi ünvanı da deyib. O da göz altına alınıb.3 gündü polislər köhnə balıqçı daxması tərəfdə post qurublar. Daxmanı da dəfələrlə axtarıblar. Hətta içəridən tapılan təzə çəkilmiş KENT8 siqaretinin kötüyü ekspertizadan keçirilib və mənə məxsus olduğu bilinib. Güman edirlər ki,sonuncu dəfə burda olmuşam.Əslində düz güman edirlər amma daxmadan 850-900m dənizə tərəf gəlsələr mənim tanınmaz hala düşən cəsədimi tapa bilərlər.2 gün keçib yenə də heç bir şey yoxdu. Artıq atam və anam da polislərin yanındadı. Anam hey durmadan əli ilə dənizi işarə edir. Və bu an balıqçı qayığı ilə geri qayıdır öz əcəlinə doğru və daxmaya girərkən yaxınlıqda qurulan postun polisləri onun başının üstün alırlar. Yek kəlmə deyir mən öldürmüşəm filan yerdədi. Tapırlar məni və artıq hamı ağlayır. Ağlamayın oldu da indi kişinin başına iş gələr. Hər şeydən maraqlı cibimdən çıxan ekspertiza tərəfindən həssasliqla qorunan və qurudulan yazıları yenidən bərpa olunan kağız olur. Bütün xəbər portalları sensasiya kimi ölən oğlanın cibindən üzərinə triqonometriya misali yazılmış vərəq çıxdı deyə yazılır. Cavan oğlanı öldürən adam cinayətin amansız sifarişinin fahişəxana rəhbəri tərəfindən verildiyini deyir. Fahişəxana rəhbəri fahişələri ilə həbs olunur bircə Nigar yoxdu. Mən artıq dəfn olunmuşam. Mərasimlərimdə dostlarım 1-2 gün ağladılar indi ağlayan yoxdu.
Və budur uzun bir yol və bu yolun sonunda Nigar. Sabah diqqətli olun növbəti yazı “Nigaram” olacaq. O özü sizinlə danışacaq mən artıq yoxam...