Bakıda 100 ABŞ dollarını 178 manata satmaq istəyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, fevralın 28-də paytaxtın Nizami rayonu ərazsisində Sumqayıt şəhər sakini Taleh Ağayev 100 ABŞ dollarını 178 manata satdığı üçün Nizami RPİ əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 430-cu maddəsi ilə protokol tərtib olunaraq cərimə edilib.