Bakıda 11-ci sinif şagirdindən biabırçı hərəkət

Bakıda 11-ci sinif şagirdindən biabırçı hərəkət
SOSİAL
23:23 19.02.2024
509
Bakıda yeniyetməyə qarşı həmyaşıdları tərəfindən zorakılıq olub.

AZXEBER.COM xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdə yeniyetmə qızın başına yumurta çırpılır, saçı kəsilir və digər bullinq hərəkətləri edilir. Bunu edənlərin Şüvəlanda yerləşən 156 saylı məktəbin şagirdləri olduğu bildirilir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov saytımıza bildirib ki, videogörüntülərdən məlumatlıdırlar:

"Nəzarətə götürülüb. Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır”.
 
///qafqazinfo
 
OXŞAR XƏBƏRLƏR