Bakıda 13 yaşlı yeniyetmə 36 yaşlı kişini bıçaqladı

Bakıda 13 yaşlı yeniyetmə 36 yaşlı kişini bıçaqladı
SOSİAL
23:46 19.05.2023
217
Bakıda bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM "lent.az”a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 13 yaşlı Turqut Səfərov münaqişə zəminində 36 yaşlı Nurin Abbasovu bıçaqlayıb. Qarnından bıçaq xəsarəti alan N.Abbasov xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən T.Səfərov saxlanılıb.
Faktla bağlı araşdırılma aparılır.
OXŞAR XƏBƏRLƏR